Median.Az xəbər verir ki, Naftalan ŞPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evdən 3500 manat, 200 dollar, 120 lari, habelə 11.110 manat dəyərində qızıl əşyalar oğurlayan Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıblar.
ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.