Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:35 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:15 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |     16:20 Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?  |     16:09 Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO  |     16:03 Ararat Mirzoyan: “İki ölkə sülh müqaviləsini imzalamaqla məhdudlaşmamalıdır”  |    

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA

Böyük şəhərlərdə 24 saat işləyən növbətçi apteklər olur. Bakıda fəaliyyət göstərən bəzi apteklərin girişində 7 gün 24 saat işlədiyi yazılsa da axşam müəyyən saatdan sonra onların fəaliyyəti gözə dəymir. Gecə saatlarında dərmana ehtiyacı olanlar isə paytaxt küçələrində açıq aptek axtarışına çıxırlar.

Bölgələrdə də durum eynidir.

“Dərman vasitələri haqqında” Qanuna görə, aptek təşkilatlarına dair tələblər müvafiq icra orqanları tərəfindən müəyyən edilir.

Bəs apteklərin iş rejimi necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, aptek rəhbərlərinin sərbəst qanunları var:

“Apteklərin çoxu özəldir, yəni sahibkarındı. Ona görə də onların öz qanunları var. Amma insan hüquqları məsələsi önəmlidir. Əgər aptekin 24 saat işlədiyi yazılıbsa, işləməlidir. Həmin vətəndaşın ixtiyarı var ki, bu məsələni qaldırsın. İnsanlar etiraz edərək hətta həmin obyektin bağlanmasına da nail ola bilərlər. Hansı apteklər insanları o cür aldadırsa, siyahını müvafiq qurumlara vermək lazımdır”.

O, dövlətə aid olan apteklərdə rejimin bir qaydada olduğunu bildirib:

“Dövlətə aid olan apteklərdə rejim necədirsə, o cür də işləyirlər. Əczaxanalar gecə işləyəndə növbəli iş rejimi olmalıdır. Gecə işləyən işçiyə də əməkhaqqı verilməlidir. Bu gün biznes maraqları insan maraqlarından üstün tutulur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 27.04.24 21:55