Qazaxda təbii fəlakət fəsadlar törədib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Qazaxda təbii fəlakət fəsadlar törədib

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Kənd sakini Ağaəli Muradov deyir ki, heyvandarlıqla məşğuldurlar. Ferma Kür çayının kənarında olduğundan heyvanları təsərrüfatdan çıxarmalı olublar.

“Fermadan başqa taxıl və qarğıdalı sahəm var. Həmçinin biçənək sahəmiz də var. Kürün daşması nəticəsində sahələrimiz su altında qalıb. Heyvanlar arasında tələfat yoxdur. Kürün qalxdığını bilib vaxtında hamısını təxliyə etmişik”, - deyə Aşağı Salahlı kənd sakini Ağəli Muradov bildirib.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

Qazax Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 10.05.24 20:44