Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |    

Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib

Paris Olimpiadasının açılış mərasiminə saatlar qalmış nəqliyyat ölkənin yüksək sürətli dəmir yolu şəbəkəsi təxribat aktlarına məruz qalıb.

Median.Az
xəbər verir ki, bu barədə milli dəmir yolu operatoru SNCF məlumat yayıb.

Təhqiqata yaxın mənbə bildirib ki, hücumlar təxribat aktlarıdır.

"Bu, nəqliyyat şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı bir hücumdur" deyən SNCF, bir çox marşrutun ləğv edilməli olduğunu əlavə edib.

Milli dəmir yolu operatoru hücumların Atlantik, Şimal və Şərq xətlərinə təsir etdiyini əlavə edərək, SNCF-nin bir gecədə eyni vaxtda bir neçə hücumun qurbanı olduğunu qeyd edib.

SNCF sərnişinləri səyahəti təxirə salmağa və qatar stansiyalarına getməməyə çağırıb. Agentliyin məlumatına görə, hücumlar nəticəsində 800 minə yaxın sərnişin zərər çəkib.

Həmçinin London və Paris arasındakı qatar xidmətinin dayandığı və bunun bir neçə uçuşun ləğvinə səbəb olduğu bildirilir.

Hücumlar Parisin 7500 idmançı, 300 000 tamaşaçı və çoxlu VIP-lərin qatılacağı açılış mərasiminə hazırlaşdığı vaxta təsadüf edir. Parad şəklində ilk dəfə baş tutacaq açılış mərasimi iyulun 26-da axşam saatlarında baş tutacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 26.07.24 20:24