Gəncə Apellyasiya Məhkəməsində həyat yoldaşınının başını kəsən Gədəbəy rayon sakininin məhkəməsi başlayıb.
Median.Az"ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Muxtarov Fariz Şamil oğlunun məhkəmə prosesinə hakim Elçin Xasməmmədov sədrlik edir.
Ötən ilin oktyabr ayında Gədəbəy rayonu, Arıxdam kənd sakini 30 yaşlı Fariz Muxtarov iki il əvvəl boşadığı həyat yoldaşı Mətanət Muxtarovanı atası evində öldürüb.
Arıxdam kənd sakinlərinin verdiyi məlumata görə, Fariz Muxtarov boşadığı həyat yoldaşı Mətanət Muxtarovanı atası evində öldürüb:
"Fariz Muxarovun atası və qardaşı avqust ayında həbs olunub. Onların ikisi də adam öldürüb. Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqustunda kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə həbs edilib və hazırda istintaq altındadırlar.
Qız ondan boşansa da Farizin evinin zirzəmisində qalırdı. Özü də heç biri ailə qurmayıb. Amma hər zaman aralarında gərginlik olub. Fariz alimenti vaxtında ödəmədiyindən Mətanət yenidən məhkəməyə getmişdi.
Qətlə gətirib çıxaran sonuncu münaqişə Gədəbəy rayonunu məşhurlaşdıran kartof üstündə olub. Muxtarovlar yolla iki yerə ayrılmış sahələrdə kartof əkiblər.
Məhsulun yığım vaxtı yetişəndə Muxtarovanın keçmiş qaynanası gəlininə kartofu onların zirzəmisində saxlamağı təklif edib.
Mətanət Muxtarovanın kartofu saxlamağa yeri olmadığından, qayınanasının təklifini qəbul edib.
Lakin bir neçə gün keçəndən sonra M.Muxtarova keçmiş əri və qaynanasının onun kartofunu satmaq üçün bazara apardıqlarını bilib.
Oktyabrın 5-də, axşam saatlarında sərxoş vəziyyətdə qayınatasının evinə gələn Fariz arvadı ilə barışmaq, onu öz evinə aparmaq istəyib.
Lakin Mətanət onunla getməkdən imtina edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fariz keçmiş arvadının başını kəsib.
Fariz heç yerdə işləmirdi, hərdən fəhləlik edirdi. Onların iki azyaşlı övladı var”.