Median.Az xəbər verir ki, avqustun 23-də Şəki rayonunun Abbas kəndi ərazisində yerləşən mağazaya gəlmiş 2 nəfər naməlum şəxs, oradan aldıqları şirniyyatdan uşaqlarının zəhərlənməsini bildirib, bu barədə hüquq mühafizə orqanlarına xəbər verəcəkləri ilə hədələyərək mağazanın sahibindən 170 manat pul alıblar.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Şirvan şəhər sakini Fariz Yəhyayev və Kəlbəcər rayon sakini İpək Məmmədova saxlanılıblar.
ŞRPŞ İstintaq bölməsində CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.