Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini R.Əsədovaya məxsus, içərisində 1000 manat və 1300 dollar, habelə qızıl əşyalar olan pul kisəsini oğurlayan Tərtər rayon sakini Firdovsi İsmayılovu saxlayıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.