Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da rayon ərazisindəki avtomobillərin birindən 850 manat və 250 dollar oğurlayan paytaxt sakini Taleh İbrahimovu saxlayıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.