Median.Az xəbər verir ki, ötən gün Qusarçay kəndi ərazisindəki kafedə rayon sakini Məlik Ağayev aralarında baş vermiş münaqişə zəminində rayon sakini Tural Dadaşova bıçaqla xəsarətlər yetirib, nəticədə sonuncu kəskin qan itirmədən keçinib.
Cinayəti törədən M.Ağayev Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.