Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Həzi İsayevi saxlayıblar.
Müəyyən edilib ki, o ötən gün Biləcəri qəsəbəsində qanunsuz vətəndaş L.Novruzovanın evinə daxil olaraq, zərərçəkmişə yumruqla xəsarət yetirib, sonra isə oradan mobil telefon və təmir-tikinti alətlərini ələ keçirib.
Binəqədi RPİ İstintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.