Xətai rayonunda oğurluğa görə 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı  |     22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |    

Xətai rayonunda oğurluğa görə 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus “Mercedes” markalı avtomobildən 2250 manat oğurlayan paytaxt sakini olan bir yeniyetməni saxlayıblar.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor, noutbuk, DVD, tuner və 3 ədəd qol saatı oğurlayan İsmayıllı rayon sakini Fəxri Süleymanov saxlanılıb.

Xətai Rayon Mühafizə İdarəsi (RMİ) və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən, ötən gün Babək prospektində yerləşən marketdən, Bakı şəhər sakini A.Səmədovaya məxsus içərisində 45 manat və mobil telefon olan pul kisəsini oğurlayan paytaxt sakini Mehman Aslanov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq gedir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 993 08.08.18 17:48