Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 4-də Bakı şəhər sakini olan bir qadının, içərisində 250 manat pul və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə alan paytaxt sakini Nizaməddin Nəbiyev saxlanılıb.
Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.