Ötən gün Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən "Aqua Park”da iranlının pulu oğurlanıb.
İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Amir Necat Siyavaş "Aqua Park”a dincəlməyə gəlib və paltarlarını soyunaraq dolaba qoyub. Bir neçə saatdan sonra isə cibində olan 1000 ABŞ dollar və 170 manat pulunun yoxa çıxdığını görüb. Əcnəbi dərhal DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.
Faktla əlaqədar Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.//olke.az