Median.Az xəbər verir ki, Metropolitendə polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 30-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Ramil Məmmədovun mobil telefonunu oğurlayan Daşkəsən rayon sakini Kamran İsmayılovu saxlayıblar.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.