Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmovu saxlayıblar.
Müəyyən edilib ki, o iyulun 22-də şəhər ərazisindən Saatlı rayon sakini R.Qubadova məxsus "VAZ 2106" markalı avtomobili qaçırıb və sonra həmin nəqliyyat vasitəsini hissələrə bölərək satıb, kuzov hissəsini isə yandırıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.