Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Rəşad Mustafayevi saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, o avqustun 1-də Əyricə kəndi ərazisində Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyib, mobil
telefonunu alıb.
RPŞ İstintaq bölməsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.