Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 30-da avtomobil təmiri sexlindən Bakı şəhər sakini K.Əliyevin mobil telefonunu və bir evdən evdən su mühərriki oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb.
Bundan başqa, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini F.Mürsəlovun mobil telefonunu oğurlayan paytaxt sakini Süleyman Əliyevi saxlayıblar, Kəpəz RPİ və Nərimanov RPİ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki yeməkxanaların birindən sərinləşdirici içki, ərzaq məhsulları və məişət əşyaları oğurlayan, eyni zaman axtarışda olan Sərdar Pənahov saxlanılıb. Araşdırma zamanı onun bir avtomobildən maqnitofon və səsgücləndirici, bir evdən pul və bir mağazadan ərzaq məhsulları oğurlaması müəyyən edilib.
Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 6-cı mikrorayon ərazisində şəhər sakini R.Səfərovun “Lada-Priora” markalı avtomobilindən mobil telefon oğurlayan şəhər sakini Rahim Mustafayev saxlanılıb, Tovuz RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəbdən 3 ədəd noutbuk oğurlayan rayon sakinləri Buludxan Əsgərov və Tural Musayev saxlanılıblar, Neftçala RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Ə.Quliyevin həyətindən 4 baş qoyun oğurlayan rayon sakinləri İsmayıl Soltanovu və Mirməmmədli Hüseynovu saxlayıblar, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən iyulun 28-də rayon ərazisindəki evlərin birindən 300 manat oğurlayan rayon sakini Samir Əliyev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.