Median.Az xəbər verir ki, Oğuz RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Calud kəndində yaşayan Nizami Mustafayevin evindən lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng və 1 ədəd bıçaq aşkar edərək, götürüblər.
Bundan başqa, Şamaxı RPŞ əməkdaşları daxil olan məlumat əsasında Dəmirçi kənd sakini Fəxrəddin Şükürovdan, müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürüblər.
Şəki şəhəri ərazisində isə yol hərəkəti qaydalarını pozduğuna görə “Ford” markalı avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, rayon sakini Xanoğlan Babayevin sərxoş olduğu müəyyən edilib, avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.