Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəşad Abiyevin CM-nin 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və ya daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
Median.Az xəbər verir ki, Nəsimi rayonu ərazisində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərmanları Rəşad Abiyev özünə məxsus aptekdə satıb. Daxil olan məlumat əsasında o polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. .