Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kq. artıq heroin aşkar ediblər.
ŞPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.