Beyləqanda polis dəhşətli qətl törətdi - Uşaqların yatmasını gözləyib... » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |     15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |    

Beyləqanda polis dəhşətli qətl törətdi - Uşaqların yatmasını gözləyib...

Beyləqanda qətl törədilib.

İyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 480 30.07.18 16:46