Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində 50 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə fevralın 16-sı Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qeydə alınıb.
Mərkəzdə elektrik işləyən 1975-ci il təvəllüdlü Qabil Ənvər oğlu Əhmədovu elektrik cərəyanı vurub.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.