Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı

17.02.2025 13:13 729
Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı
Fransa millisinin keçmiş yarımmüdafiəçisi, hazırda baş məşqçi kimi xeyli müddətdir işsiz olan Zinəddin Zidan heyətində oynamadığı üçün təəssüf etdiyi yeganə klubun adını çəkib.

Onun sözlərini "Give me Sport" yayıb.

Zidan hazırda Liqa 1-də çıxış edən, vaxtilə böyük uğurlara imza atan "Olimpik Marsel" klubunu qeyd edib.

"Marsel indi yaxşı formadadır. Mən burada oynamamışam, amma bu, təəssüf ki, reallaşmayan bir arzu idi. Onların stadionunu ziyarət edəndə, infrastrukturunu gördükdə başa düşdüm ki, bu, həqiqətən böyük klubdur. Burada çox maraqlı detallar var", - Zidan vurğulayıb.

Qeyd edək ki, Zidan Fransanın Marsel şəhərində anadan olub. Ölkənin milli komandasının baş məşqçisi Didye Deşam Zidan haqqında fikrini bildirərək onu milli komandanın rəhbəri vəzifəsinə əsas namizəd adlandırıb. Deşam 2026-cı ildə millini tərk edəcəyini açıqlayıb.

Son xəbərlər