Mojo.az Banner
19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |     17:53 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:36 Səhər oyanan kimi telefona baxanların nəzərinə  |     17:29 DİQQƏT! - Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirildi  |     17:26 PSJ Ferran Torresi almaq istəyir  |     17:18 Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri  |     17:11 İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi - FOTO  |     17:01 "AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU  |     16:41 Yasamalda açıq sahə yanır  |     16:40 FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi  |     16:36 Bakıda dənizdə iki qadın boğulub  |     16:31 Azərbaycanda orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib  |     16:25 Azərbaycanda zəlzələ olub - FOTO  |     16:01 İran Ukraynadan təzminat tələb edir  |     15:55 Tatarıstanda matəm elan olundu - YENİLƏNİB  |     15:49 Azad edilmiş ərazilərdə 107 mina aşkarlandı  |    
Left Banner
Right Banner

Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

18.02.2019 11:36 4 847
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Madridin “Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun “Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.

“The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan “Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib.

Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə “Çelsi” rəhbərliyinin “Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.

Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. “Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.скачать dle 11.3
Mojo.az Banner