Median.Az xəbər verir ki, Ağstafa RPŞ-nin əməkdaşları rayon sakini Abil Əliyevi saxlayıblar. Ondan tapanca, içərisində 3 ədəd patron olan darağ və 1 ədəd giliz aşkar edilərək, götürülüb.
Müəyyən edilib ki, ayın 27-də Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya sərxoş halda gələn Abil Əliyev münaqişə zəmnində fermanın sahibi Cəmil Əliyevi odlu silahla öldürəcəyi ilə hədələyib. Sonuncu onun əlinadən tapancanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, lakin xəsarət alan olmayıb.
RPŞ-nin İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.