Bakı Ağır Cinayətlər Məhkəməsində Seynur Abbasovun (1978-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, cinayət bu il martın 22-də Xırdalan şəhərində baş verib.Belə ki, Türkanə Məmmədcanova (1989-cu il təv.) ilə həyat yoldaşı Seynur Abbasovla qısqanclıq zəmnində mübahisə yaranıb. Buna görə sonuncu arvadına məişət təyinatlı bıçaqıa bir neçə zərbə vurub. Nəticədə yaralanan qadın kəskin qanitirmədən hadisə yerində keçinib. Daxil olan məlumat əsasında hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Abbasov saxlanılıb və istintaqa təqdim edilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan olunub.
İş üzrə baxış avqustun 3-nə təyin edilib.