Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:23 Ağır qəzada həlak olan şəxs polis zabiti imiş  |     13:09 Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO  |     12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |     12:32 İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb  |     12:22 Sabunçuda motosikletçini avtomobil vurub  |     12:21 Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI  |     12:20 Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ  |    

Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi

Ömürlük məhkumluqdan bəraət alan Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib.

“Qafqazinfo” xəbər verir ki, Qəhrəmanov yerli məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bəraət almış şəxs hesab edib ki, ona mənəvi ziyana görə həddən artıq az təzminat pulu ayrılması ilə bərabər maddi ziyana görə tələbinin rədd olunması qəbuledilməzdir. Bu səbəbdən o, uzun illər davam edən məhkəmə çəkişmələrini davam etdirmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, A.Qəhrəmanov həbsdə keçirdiyi 9 ilə görə bir milyon manat ödənilməsini tələb edib.

Maliyyə Nazirliyi və Baş Prokurorluğun cavabdeh qismində tanınmış iddiadan iddiaçının vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi elə ilk iclasda şikayəti dinləyib, qərar qəbul edib.

Yuxarı instansiya məhkəməsi yerli məhkəmənin qərarını qanunauyğun hesab edib. A.Qəhrəmanov isə bu dəfə də narazı qalıb. Onun bu qərardan da kassasiya şikayəti verəcəyi bildirilib.

Xatırladaq ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmişdi. Doqquz il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət vermişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 02.05.24 18:07