Lerikdə çətin relyef şəraitində keçirilən əməliyyat zamanı narkokuryerlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və Nurlan Bayramov saxlanılıblar.
Onlardan bir kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırmalar aparılır.