Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:35 Danimarka Ukraynaya hərbi yardım göndərəcək  |     11:33 Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə görüşüb  |     11:30 Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub  |     11:30 “Microsoft”dan köhnə kompüterlər barədə qadağa  |     11:25 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA (VİDEO)  |     23:01 Britaniya hərbi attaşesi Rusiyadan qovuldu  |     22:46 "Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO  |     22:39 Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO  |     22:32 Ermənilər Xeyrimlidə vəziyyəti gərginləşdirmək istəyir  |     22:24 Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama  |     22:16 Əməkdar artistə ağır itki  |     22:06 Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)  |     21:59 Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir  |     21:52 Bakıda axtarışda olan qadın saxlanılıb  |     21:45 "Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?  |     21:38 Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib  |     21:30 Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb  |     21:27 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək  |     21:26 CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir  |     21:22 Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib  |    

Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Median.Az
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin mayın 5-i səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 02.05.24 16:53