Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |     12:32 İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb  |     12:22 Sabunçuda motosikletçini avtomobil vurub  |     12:21 Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI  |     12:20 Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ  |     12:18 Küçələrdə dilənçilik edən 300-dən çox uşaq aşkarlanıb,valideynləri cəzalandırılıb  |     12:17 Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ QƏRAR  |     12:14 Tanışının kirayəyə götürdüyü avtomobili narkotikin təsiri altında sürən şəxs saxlanıldı - FOTO  |     12:13 Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var  |     12:12 Azərbaycan neftinin qiyməti 84 dolları ötüb  |     12:11 Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb  |    

Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib.

Median.Az
ACF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın “nage no kata” növündə fəndləri nümayiş etdiriblər.

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birinciliyinin təltifetmə mərasimində çıxış edərək, iştirakçılara uğurlar arzulayıb və qalib olanları təbrik edib:

“Kata üzrə bu cür yarışların təşkili cüdonun daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə cüdoçularımızın beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə ölkə cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məzunları olmasını xüsusi qeyd edib:

“Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb:

“Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasına gətirib çıxaracaq”.

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal:

Sadiq Abdullayev (tori),

Rəcəb Əkbərov (uke).

Gümüş medal:

Rəsul Əmirzadə (tori),

Elvin Məmmədov (uke).

Bürünc medal:

Ayxan İslamlı (tori),

İsmayıl Rəhimli (uke),

Cavanşir Comərdov (tori),

Fazil Hüseynov (uke).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 02.05.24 18:42