Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Musayevin (1982-ci il təv.) CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il martın 27-də saat 18 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomaşı paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə süpürgəçi işləyən qadın hadisə yerində keçinib. Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi törədən sürücü, əvvəllər məhkum olunmuş Zaur Musayevı saxlayıblar.
Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış ayın 19-na təyin edilib.