Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB

Mayın 13-ü saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Naftalan, Ağcabədi, Ağdam, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Astarada arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

Saat 17:00 radələrində İsmayıllı rayonunun şimal hissəsində 2 dəqiqə ərzində xırda ölçülü dolu yağıb.

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Daşkəsən, Beyləqanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 16-20, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 13.05.24 22:38