Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Median.Az axar.az-a istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Yanğının nəzarət altına alınması istiqamətində tədbir görülür.
Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.