Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Hikmət Soltanovu, Sədi Kərimovu və Pərviz Sultanovu saxlayıblar.
Məlum olub ki, iyulun 7-də onlar paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə daxil olaraq, onu döyüb içərisində 382 manat və açar olan pul qabısını alıblar.
Bundan başqa, Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən iyulun 7-də vətəndaş G.Məhəmmədliyə məxsus içərisində 100 manat, mobil telefon, sənəd və geyim əşyaları olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Məhəmmədov saxlanılıb.
Faktlar üzrə cinayət işləri başlanılıb, istintaq gedir.