Qusardakı qətlin təfərrüatı- “Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”
Qusar rayonunda 30 yaşlı kişinin qətlinin bəzi təfərrüatı məlum olub.
Rayonun Gədəzeyxur kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Səlim Mirzəbəyov yaxın qohumu İlham Qədirovu bir bıçaq zərbəsi ilə öldürüb:
“Məclis toy sahibinin həyətində idi. Onlar da qohumdurlar. İçkili olub bir-biri ilə mübahisə ediblər. Səlim Mirzəbəyovun əlində bıçaq olub, toyda qəssablıq edirmiş. İlhama bir bıçaq zərbəsi vurub. Xəstəxanaya aparmaq istəyəndə o, elə yolda dünyasını dəyişib. Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”.
Qeyd edək ki, Qusarda qətl hadisəsi olub. Rayonun Gədəzeyxur kənd sakini Mirzəbəyov Səlim Balabəy oğlu toyda şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov aldığı xəsarətdən dünyasını dəyişib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!