Arvadının üzərinə yanacaq töküb, onu öldürəmək istəyən şəxs 14 il 6 ay cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Arvadının üzərinə yanacaq töküb, onu öldürəmək istəyən şəxs 14 il 6 ay cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Mais Həsənovun CM-nin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29.186.2.2-ci (əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, istintaqla müəyyən edilib ki, ötən il iyulun 29-da Mais Həsənov həyat yoldaşı Güldəstə Ağayevanın, qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan evə sərxoş halda gələrək, arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ünvanına söyüşlər söyüb. Ardınca həyətə çıxaraq avtomobilindən plastik qabda olan benzini götürüb, evə qayıdıb və qapını arxadan bağlayıb. Mətbəxdə yemək hazırlayan qadına arxadan yaxınlaşaraq, üzərinə yanacağı töküb. Ağayeva üzərinə benzin töküldüyünü və qaz sobasının açıq olduğunu hiss edərək, dərhal qazı söndürməyə cəhd edib. Lakin Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün, benzini yenidən sobanın və zərərçəkmişin üsütünə töküb. Yanacaq alovlanıb və Güldəstə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq, qonşuları səsləyib. Hadisə yerinə gələn şahidlər Ağayevanı və evi söndürə biliblər. Zərərçəkmiş 5 saylı şəhər xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər.

Fakta görə ilkin olaraq cinayət işi Xəzər RPİ İstintaq şöbəsində başlanılıb, daha sonra istintaq rayon prokurorluğu tərəfindən aparılıb. Mais Həsənov barəsində axtarış elan olunub, o bir aydan sonra Sabunçu rayonu ərazisində saxlanılıb.

Məhkəmə prosesində Mais Həsənov ittihamlar üzrə özünü təqsirli bilməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib, onun sözlərinə görə, Güldəstə Ağayevanı öldürmək niyyəti olmayıb, sadəcə hadisə bir anda baş verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 167 18.05.18 18:12