İnternet klubda 21 yaşlı barmenin başına gətirilən DƏHŞƏT - BAKIDA ŞOK » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

İnternet klubda 21 yaşlı barmenin başına gətirilən DƏHŞƏT - BAKIDA ŞOK

Bakıda internet klubda tanışını ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, 2017-ci il noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsindəki internet klublardan birində Bakı şəhər sakini Zaur Qasımov münaqişə zəminində Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədovu sinə nahiyəsindən bıçaqlayıb.

Ürəyindən zədə alan Xəyal Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb.

Məlum olub ki, 21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş, həm də tələbə olub.

Növbəti proses mayın 15-də davam edəcək.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 134 11.05.18 12:53