Daşkəsəndə DƏHŞƏT: Ana özünü və 6 aylıq oğlunu yandırdı - TƏFƏRRÜAT - YENİLƏNDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Daşkəsəndə DƏHŞƏT: Ana özünü və 6 aylıq oğlunu yandırdı - TƏFƏRRÜAT - YENİLƏNDİ

Daşkəsəndə evdə ana və 6 aylıq körpəsinin ölümü ilə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
 
"Report"un  məlumatına görə, Qabaqtəpə kəndində ata mülkündə yaşayan 1975-ci il təvəllüdlü Abdullayeva Lətifə Mürsəl qızı və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlunun meyiti yanmış halda 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində aşkar edilib.
 
Körpənin meyiti yanmış uşaq arabasında, qadının cəsədi isə yerdə olub. Evdə yanğın əlaməti yalnız meyitlərin olduğu yerdə qeydə alınıb.
 
2016-cı ildə Həsənov İlqar Eldar oğlu ilə ailə həyatı quran L.Abdullayeva yoldaşı ilə birgə ata evində yaşayıb. Həmin mülk atasının ölməmişdən əvvəl etdiyi nəsihətə görə, onun adına keçirilib.
 
Qadının həyat yoldaşı bir gözündən əlildir. Ailə əlilliyə görə verilən əmək pensiyası və təsərrüfatdan gələn gəlir hesabına dolanıb.
 
İ.Həsənov faciə baş verən zaman tanışları ilə birgə Daşkəsən şəhərində olduğunu, yoldaşı və övladının ölüm xəbərini isə yaxınlarından aldığını bildirib. Ailənin heç kimlə düşmənçiliyi olmayıb.
 
Lakin qadın ilə qardaşları arasında atadan qalan mülkə görə narazılıq olub. L.Abdullayevanın 3 qardaşı var. Onlardan Rafiq Abdullayev adlı biri rayonun Astaf kəndində müəllim işləyir, Tofiq Abdullayev ad-soyadlı digər qardaş ticarətlə məşğuldur, başqa biri isə fiziki qüsurludur və Bayan kəndində yaşayır.
 
Qardaşlardan, əsasən qonşuluqda yaşayan Rafiq Abdullayev və Tofiq Abdullayev bacılarının ata mülkündə öz həyat yoldaşı ilə yaşamasına əvvəllər bir neçə dəfə etiraz ediblər. Məhz bu səbəbdən L.Abdullayevanın sözügedən qardaşları ilə arasında soyuq münasibət yaranıb.
 
Lakin onlar da baş verən faciədən xəbərsiz olduqlarını və hadisənin intihar məqsədi ilə törədildiyini düşündüklərini bildiriblər. L.Abdullayevanın anası və bacısı da hadisənin intihar olduğunu bildiriblər.
 
Bununla belə, hadisənin kimsə tərəfindən qətl məqsədi ilə törədildiyi də istisna olunmur.
 
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

* * * * *

Daşkəsəndə ölüm hadisəsi baş verib.
 
Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
 
Bu gün saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.
 
Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.
 
Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.
 
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 548 10.05.18 11:40