“Facebook”da bacısı ilə tanış olan oğlanı öldürənin cəzası dəyişmədi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

“Facebook”da bacısı ilə tanış olan oğlanı öldürənin cəzası dəyişmədi - FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Mirismayıl Hüseynovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum edilməsinə dair hökmdən verilmiş apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

2016-cı il dekabrın 14-də, saat 15:00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında Ələkbər Muxtarov (1995-ci il təv.) naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Nəsimi RPİ 19-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu cəlb olunub. Təxminən iki saatdan sonra Mirismayıl Hüseynov könüllü polis idarəsinə gedərək təslim olub.

O, ifadəsində həmin şəxsin “Facebook” sosial şəbəkəsində 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu cinayəti törətdiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, Hüseynov Bakı Biznes Kollecinin 1-ci kurs tələbəsi olub. Valideynləri boşanıb, o, atası ilə Bakıda, bacısı isə anası ilə İmişli rayonunda yaşayıb. Həmin gün Mirismayıl bacısının telefon nömrəsindən Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib.

Əsgərlikdən yeni gələn Muxtarov “Memar Əcəmi” metrostansiyasının qarşısına gələcəyini deyib. Orada onlar arasında mübahisə yaranıb və Hüseynov üzərindəki bıçaqla Ələkbərə ağır xəsarət yetirib.

Məhkəmə prosesində Mirismayıl Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilərək, Ələkbər Muxtarovu öldürmək niyyətinin olmadığını qeyd edib. Onunla söhbət etmək istəyib.Təqsirləndirilən şəxs mərhumun anasından üzr istəyərək, əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmişin hüquqi varisi Ülviyyə Məcidova bildirib ki, oğlunun ölüm xəbərini polisdən xəbər veriblər. Həmin gün o, dostları ilə görüşmək üçün evdən çıxıb:

“Mübahisənin səbəbi haqda heç nə bilmirəm. Ələkbər əsgərlikdən tezə gəlmişdi və şirkətdə mühafizəçi işləyirdi” .

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, M.Hüseynova ağır cəza təyin edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb./oxu.az




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 593 08.05.18 17:35