Piyadanı vurub qaçan sürücü həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     12:41 ADPU-nun dosenti vəfat etdi  |     12:33 Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM  |     12:22 Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO  |     12:14 Ötən gün vətəndaşlardan dörd silah götürülüb  |     11:59 DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO  |     11:58 Azərbaycanda icra başçısının müavini vəfat etdi  |     11:57 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:55 İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib  |     11:52 “Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB  |     11:50 UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar  |     11:49 İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib  |     11:48 Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO  |     11:47 Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib  |     11:46 Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı  |     11:45 Dünya bazarında neft qiymətləri dəyişib  |     11:44 Suraxanıda gənc qızı avtomobil vurub  |     11:41 “WhatsApp”da daha bir yenilik  |     11:39 Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir: “Məni get-gələ salıblar” - VİDEO  |    

Piyadanı vurub qaçan sürücü həbs edildi

Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən verilən məlumat agörə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini olan piyadanın həmin gün saat 20:00 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 033 08.05.18 12:32