“Nəsimi” parkında oğlandan sevdiyi qıza qarşı BİABIRÇI ƏMƏL » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

“Nəsimi” parkında oğlandan sevdiyi qıza qarşı BİABIRÇI ƏMƏL

Sumqayıt şəhərində qəsdən sağlamlığa zərərvurmaqda təqsirli bilinən 1997-ci il təvəllüdlü Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hüseyn Kazımov 11 avqust 2017-ci ildə, saat 20.30-da Sumqayıt şəhərində yerləşən "Nəsimi” adına parkda olarkən tanışı Mehriban Quliyeva ilə mübahisə edib.

Mübahisənin baş verməsinə səbəb Mehribanın sosial şəbəkədə Hüseyn Kazımovun ünvanına söyüşlər yazması olub.

Hüseyn Kazımov bu yazışmanı parkda olarkən Mehribana iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Hüseyn Kazımov dalaşaraq Mehriban Quliyevanın bədənini müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Hüseyn Kazımovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Hüseyn Kazımov qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Mehriban Quliyeva apelyasiya şikayəti verib. O, Hüseyn Kazımovun barəsində olan hökm ləğv edilməli, onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) və 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddələrində nəzərdə tutulmuş cəzaya məhkum edilməsini və ya onun haqqında cinayət işinin əlavə istintaqa qaytarılması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş edib.

Zərərçəkmiş şikayəti belə əsaslandırıb ki, məhkəmə hökmü ədalətsiz, heç bir sübuta əsaslanmayan hallara istinad edilməklə prosessual hüquq normalarının pozulması ilə çıxarılıb: "İstər ibtidai araşdırma, istərsə də məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına və həqiqətin müəyyən olunmasına nail olunmayıb”.

O, təqsirləndirilən Hüseyn Kazımov tərəfındən vəhşicəsinə döyüldüyünü, sağlamlığına onun tərəfındən qəsdən ağır zərər vurulduğunu bildirib, onun layiq olduğu cəzaya məhkum olunmasını xahiş edib.

Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə zərərçəkmişin şikayəti təmin olunmayıb.(Publika)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 185 04.05.18 16:00