“Odessa Teyyub”: Polislər imkan vermədi, tiryəkin tamına baxım - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:01 "Bavariya"nın idman direktoru finalda "Borussiya"ya azarkeşlik edəcək  |     16:52 "AbzasMedia" işi çərçivəsində saxlanılan üç nəfərlə bağlı qərar verildi  |     16:51 Türkiyənin bu bölgələrində güclü zəlzələ ola bilər - alimdən XƏBƏRDARLIQ  |     16:40 Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı  |     16:10 Dövlət qurumunun iki idarəsi birləşir  |     16:07 Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub - YENİLƏNİB  |     15:57 Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi  |     15:44 Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”  |     15:41 ARB-nin aparıcısı övladını itirdi  |     15:24 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR - VİDEO  |     15:12 Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub  |     14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |     13:28 Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi - VİDEO  |     13:26 Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir  |     13:23 Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil  |     13:21 Ağdamda 12 yaşlı uşağı ilan sancıb  |     13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |    

“Odessa Teyyub”: Polislər imkan vermədi, tiryəkin tamına baxım - VİDEO

Şirvanda kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

Median.Az
APA TV-yə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları əvvəllər Ukrayna, Moldova, Belarus və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri bir neçə dəfə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevi saxlayıb.

Polis tədqiqatçısı İlqar Fərəczadə bildirib ki, kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevin polis şöbəsində üzərinə baxış zamanı ondan bir ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Teyyub Tağıyev narkotik maddəni Kürün sahilindən tapdığını bildirib:

“Kür qırağında gəzirdim, gördüm yerdə nəsə var, maraqlı gəldi, götürdüm. Bildim ki, tiryəkdir. Arabir tiryəkdən istifadə edirəm, tamına baxıram. Mənimki dad-tamdır, başqa şey deyil. Tiryəkin də tamına baxmaq istəyirdim, Allah kömək olmuş polislər imkan vermədi, tiryəkin tamına baxım”.

Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan dörd nəfər həbs edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 854 04.05.18 13:22