Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:12 Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb  |     15:11 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB  |     15:11 Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO  |     13:48 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir  |     12:52 Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı  |     12:35 Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?  |     12:34 Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir  |    

Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO

Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.

Median.Az
NTV telekanalına istinadla xəbər verir ki, 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.

Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.

Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib.

Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.

İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, - Kərimova aprelin 21-də paylaşıb.

Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 723 30.04.18 17:28