Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.
APA TV-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.
Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zaman silahlı müqavimət göstərmiş İŞİD tərəfdarları cavab atəşi ilə məhv edilib. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.