“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB  |     22:52 Rusiyada 40 min hektar ərazi yanır  |     22:47 Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - VİDEO  |     22:40 Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  |     22:31 Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib  |     22:20 Laf TV-yə hücum: Kanalı bu qrup ələ keçirdi  |     22:15 Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO  |     22:07 Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO  |     21:58 Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO  |     21:50 Azərbaycanlı general vəfat etdi - FOTO  |     21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |    

“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VIDEO

“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Marketlər şəbəkəsindən “Report”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: “Bunu sübüt edən görüntülər də var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 554 19.04.18 14:11