Yanacaqdoldurma məntəqəsinə basqın edənlər tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:38 İyunda ardıcıl beş gün iş olmayacaq  |     16:31 Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?  |     15:31 Kəlbəcərdə yük maşını aşıb, ölən var  |     15:28 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib  |     15:19 Rasim Tağıyevin oğlu həbs edildi  |     15:12 Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb  |     15:11 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB  |     15:11 Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO  |     13:48 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |    

Yanacaqdoldurma məntəqəsinə basqın edənlər tutuldu

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən üç nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.

Məlumat polisə daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

İsti izlərlə həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.

Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 174 17.04.18 11:41