Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid İsayev, Xəzər Hüseyov və Şahin Əlizdənin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Median.Az xəbər verir ki, itiham aktına əsasən, təqsirləndirilən şəxslər Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində olan "MilliÖn" ödəmə terninalını yarıb və içərisindən 200 manatdan artıq pulu oğurlayıblar. Cinayətin izini tirmək məqsədi ilə marketin təhlükəsizlik kamerasının yaddaş kartını
da çıxarıblar. Onlar Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
İstintaq dövründə bu şəxslərdən yalnız C.İsayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə Şahin Əlizadə 4 il, Cavid İsayev 3 il və Xəzər Hüseynov 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Ev dustaqlığında olan X.Hüseynovla Ş.Əlizdə məhkəmə zalında həbs ediliblər.