Abşeron rayonunda kütləvi dava olub. Hadisə 7 nəfər arasında yaşanıb.
Qobu qəsəbəsində baş vermiş kütləvi dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğlu bıçaqlanıb. Ona beş bıçaq xəsarətinin yetirildiyi deyilir. Yaralı təcili 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb./apa.az