Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini 1979-cu il təvəllüdlü Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
DİN-dən verilən xəbərə görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini 21 yaşlı Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti eksqumasiya edilib.
Qeyd edək ki, Kənan Məhərrəmov oktyabrın 19 axşam saatlarında evdən çıxıb, geri qayıtmayıb. Kənan Məhərrəmov anası Radə Məhərrəmovanın sözlərinə görə, oğlu ruhi xəstə olsa da özünü idarə edə bilir. Evdə bütün işlərdə valideynlərinə kömək edirmiş. O, harda olsa evə vaxtında gəlirmiş. Dost - tanışları da olmayıb ki, onlarla bərabər olsun.
Mənbə: Femida.az