Mal-qara oğruları ələ keçdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:59 DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO  |     11:58 Azərbaycanda icra başçısının müavini vəfat etdi  |     11:57 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:55 İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib  |     11:52 “Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB  |     11:50 UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar  |     11:49 İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib  |     11:48 Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO  |     11:47 Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib  |     11:46 Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı  |     11:45 Dünya bazarında neft qiymətləri dəyişib  |     11:44 Suraxanıda gənc qızı avtomobil vurub  |     11:41 “WhatsApp”da daha bir yenilik  |     11:39 Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir: “Məni get-gələ salıblar” - VİDEO  |     11:36 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO  |     11:34 Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO  |     11:34 Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək  |     11:32 Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO  |     11:27 Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur  |     11:17 Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə  |    

Mal-qara oğruları ələ keçdilər

Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən Rayon Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 4-də kəndin kənarında olan örüş sahəsindən ona məxsus dəyəri 800 manat olan bir baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılaraq şöbəyə gətiriliblər. Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanı satdıqlarını bildiriblər.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayətlərinin də üstü açılıb. Belə ki onların fevralın 5-də həmin kənd ərazisində Eltac Tanrıverdiyevə məxsus dəyəri 1750 manat olan iribuynuzlu mal-qaranı oğurlayaraq satdıqları məlum olub.

RPŞ-nin əməkdaşları tərəfindən oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək, mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 12.03.18 21:00